BAKI, 20 fevral. TELEQRAF
“Əgər bölgələri birləşdirmək yolunu seçiriksə, dəmir yolu əsas problemlərdən birinə çevriləcək, məsələ ən qısa vaxtda həll edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib.
Siyasətçi bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsi mümkün olan ən qısa zamanda Rusiyadan geri alınmalıdır:
“Məsələ tez həll olunmalıdır, dəmir yolu milliləşdirilməlidir, rusların “birisi gün” məntiqi ilə hərəkət etməməliyik. Çünki heç kimə sirr deyil ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və “Tramp Marşrutu” layihəsinin icrasına qarşıdır. Rusiya oyunu uduzub”.
Anahit Adamyan Moskvanın Ermənistanda bir sıra siyasi fiqurlardan öz məqsədləri üçün yararlanmağa çalışdığını da qeyd edib:
“Robert Köçəryan və Samvel Karapetyan özgələri üçün qazdıqları quyuya özləri düşəcək. Hamısı bir mərkəzdən idarə olunur”.