BAKI, 20 fevral. TELEQRAF

“Rusiya “Tramp Marşrutu” layihəsini gözdən salmaq üçün hər şeyi edəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Yuri Movsesyan deyib.

Ekspert hesab edir ki, Ermənistan öz dəmir yolu şəbəkəsini Rusiyadan geri almağa çalışır: “İrəvan Moskvaya öz maraqlarını heçə saymayacağını açıq şəkildə göstərməlidir”.

Movsesyanın iddiasına görə, artıq Ermənistanın Rusiyadan asılılığı xeyli dərəcədə azalıb.

“Tramp Marşrutu” bir çox ölkələr üçün çox ciddi əhəmiyyət kəsb edir. Bu, sırf ABŞ-Ermənistan layihəsidir. Ona görə də, Rusiya bunu nüfuzdan salmaq və reallaşmasının qarşısını almaq üçün hər şeyi edəcək. Rusiya təkcə zərərli aktyor deyil, həm də öhdəliklərini yerinə yetirə bilmir”, - ekspert bildirib.

Yuri Movsesyan əmindir ki, Rusiya “Tramp Marşrutu” layihəsində iştirak etməyəcək.