BAKI, 19 fevral. TELEQRAF

Ermənistan hökumətin bugünkü iclasında açıqlanmayan layihələr sırasında Ermənistan və Polşa Müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasının məqsədəuyğunluğu ilə bağlı qərarı qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qərara əsasən, sazişin imzalanması Ermənistanla Polşa arasında hərbi-texniki əməkdaşlığın əsas prinsipləri və prosedurlarını müəyyənləşdirmək, həmçinin iki müdafiə qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratmaq məqsədi daşıyır. Qeyd edilib ki, saziş bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlığı nəzərdə tutur.