BAKI, 17 fevral. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüş zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının strateji gündəliyinin icrası ilə bağlı məsələlər müzakirə olunub, “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi”nin tam şəkildə tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.

Mqer Qriqoryan və Gert Yan Kupman regional kommunikasiyaların açılması ətrafında da fikir mübadiləsi aparıb. Tərəflər “İqtisadi və İnvestisiya Planı” çərçivəsində birgə görülmüş işləri müzakirə ediblər.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun səfəri və Ermənistan-Aİ əməkdaşlığı üzrə mümkün yeni təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.