BAKI, 17 fevral. TELEQRAF

“Mənim və Baş nazir Nikol Paşinyanın vətəndaş nikahı başa çatıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial mediada yazıb.

“Əziz həmvətənlər, nəzərinizə çatdırıram ki, mənim və Baş nazir Nikol Paşinyanın vətəndaş nikahı başa çatıb. Hər kəsdən xahiş edirəm, bu mövzu ilə bağlı təmkinli və etik davransın. Təşəkkür edirəm”, - o qeyd edib.

Anna Akopyan əlavə məlumat verməsə də, hökumətyönlü Teleqram kanalları Paşinyan və onun münasibətlərini rəsmiləşdirdiklərini bildirir.

Nikol Paşinyan və Anna Akopyanın dörd övladı var - üç qızı və bir oğlu.