BAKI, 16 fevral. TELEQRAF
Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır.
Teleqraf xəbər verir ki, Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib.
O qeyd edib ki, bu səfərlər sülh mühitinin möhkəmləndirilməsinə yönəlib:
“Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşləri müntəzəm xarakter daşıyacaq. Bu çərçivədə görüşlər həm Ermənistan, həm də Azərbaycanda keçiriləcək”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında Tavuş-Qazax hissəsində sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq, fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana səfər edib. Azərbaycan nümayəndələri iki gün Ermənistanda davam edən müzakirələrə qatılıblar.