BAKI, 16 fevral. TELEQRAF
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Narek Minasyan İrəvanda Azərbaycan vətəndaş cəmiyyəti ilə son görüş barədə danışarkən deyib.
“Yaxın gələcəkdə iki ölkənin sərhəd delimitasiyası komissiyalarının iclasının keçirilməsi planlaşdırılır. Əvvəlki iclasın Azərbaycan ərazisində baş tutduğunu nəzərə alsaq, növbəti iclasın Ermənistan ərazisində keçirilməsi planlaşdırılır”, - o bildirib.