BAKI, 15 fevral. TELEQRAF
Rusiya Gürcüstanla qarşılıqlı faydalı əlaqələri inkişaf etdirmək niyyətindədir və rəsmi Tbilisin bu istiqamətdə atacağı addımların mühüm nəticələr verə biləcəyinə inanır.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O, Qərbdə bu münasibətlərin Rusiya tərəfindən məcbur edilməsi barədə iddialarını rədd edib:
“Gürcüstan hakimiyyəti Rusiya ilə tammiqyaslı diplomatik əlaqələrin bərpa olunacağı təqdirdə hansı böyük nailiyyətlərin əldə edilə biləcəyi barədə dərindən düşünməlidir”.