BAKI, 13 fevral. TELEQRAF
"Rusiyaya qarşı heç bir etirazımız yoxdur, amma dəmir yolunun idarə olunmasını bizə və Rusiyaya dost bir ölkə alsaydı, daha yaxşı olardı".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.
"Rusiya regional layihələrimizə maneə yaratmayacağını açıqladı və mən bu barədə Rusiya prezidenti ilə danışdım. O, bütün bu proqramları dəstəkləyir. Problem ondadır ki, bir sıra ölkələr Ermənistanda dəmir yolunun Rusiyanın nəzarəti altında olmasına qarşı çıxırlar. Bu da bizim maraqlarımıza ziddir. Tərəfdarlar deyirlər ki, dəmir yolu Ermənistandan keçməlidir. İndi biz faktiki olaraq mövqelərimizi itiririk. Rusiyaya qarşı heç bir etirazımız yoxdur, amma bizə və Rusiyaya dost olan bir ölkə dəmir yolunun idarə olunmasını alsaydı, yaxşı olardı, bu, müzakirə olunmalı bir variantdır", - Paşinyan bildirib.