BAKI, 12 fevral. TELEQRAF

“Əvvəllər ruslardan qorxurduq, hakimiyyətlər ancaq Moskvadan göstəriş gözləyirdi. İndi isə baş verənlər illər əvvəl həyata keçirilə bilməyən və ağla gəlməyən arzu idi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan ABŞ ilə ölkəsi arasındakı razılaşmaları şərh edərkən deyib.

“İştirak etmişəm bir iclasda Baş Qərargah baş nazirin istefasını tələb edirdi, yüksək vəzifəli şəxs tez-tez “WhatsApp”ını yeniləyir, Rusiyanın göstərişini gözləyirdi. Rusiyanın təsir imkanlarını mümkün qədər məhdudlaşdırmalıyıq”, - o bildirib.

Babacanyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Tramp Marşrutu” layihəsinə yönəlik tənqidi fikirlərinə də diqqət çəkib:

“Köçəryan deyir ki, “Tramp Marşrutu” milli təhlükəsizlik üçün təhdiddir. Əslində, milli təhlükəsizlik üçün təhdid sənsən. O, Mehrini (Azərbaycana) təhvil verməklə İranla sərhədimizi ləğv etmək istəyirdi, indi isə həmin İranla sərhəddən danışır. Onlar ölkəni həmin dövrə qaytarmaq istəyirlər ki, Ermənistan üçün qərarları başqaları (Rusiya) verirdi. Ermənistanı yenidən münaqişə və müharibəyə çəkmək istəyirlər”.

İndi isə ABŞ bizə deyir ki, Rusiya məsələsində narahat olmayın, məsələləri biz öz üzərimizə götürürük”.