BAKI, 11 fevral. TELEQRAF

“Avropa İttifaqı “demokratiya bərqərar etmək” məqsədilə hətta Gürcüstana tanklar da yeridə bilərdi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker bildirib ki, Gürcüstanla Avropa İttifaqının dəyərlərə yanaşmada baxışları üst-üstə düşmür. O qeyd edib ki, Brüsselin bəzi addımları Tbilisidə ölkənin daxili siyasi proseslərinə təzyiq və müdaxilə kimi qəbul olunur.

Avropa İttifaqının rəsmi nümayəndəsi Anitta Hipper bundan əvvəl bəyan etmişdi ki, Brüssel Gürcüstanda dinc etiraz aksiyaları keçirən jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrini dəstəkləyir.