BAKI, 11 fevral. TELEQRAF

“Tramp Marşrutu” və ya TRIPP-ə Ermənistan yox, ABŞ və Ermənistan nəzarət edəcək”.

Teleqraf xəbər verir ki, bunu “Erməni Milli Hərəkatı” partiyasının sədr müavini Aram Manukyan deyib.

Erməni siyasətçi bildirib ki, TRIPP Türkiyə-Azərbaycan layihəsidir.

“Ermənistanın cənub hissəsi (Mehri) - kifayət qədər geniş ərazi bu layihəyə üçün ayrılıb. Dəmir yolu, qaz-neft kəmərləri, yüksək gərginlikli elektrik xətləri və magistral yollar - hər biri 100 metr enində olacaq. Suveren ərazimizi başqasına istifadə üçün veririk, amma istifadə hüququ bizdə olmayacaq. Bu yol qapalı olacaq.

Ərazi Azərbaycan və ABŞ-nin nəzarətinə keçəcək. TRIPP Azərbaycan və ABŞ-nin təsiri altında olacaq”.