BAKI, 10 fevral. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP və ya “Tramp Marşrutu” layihəsində iştirakını təsəvvür edə bilmir.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

“Bunu necə təsəvvür edirsiniz? TRIPP Ermənistan-ABŞ şirkətidir. Ermənistan ərazisindən yük daşınması təkcə TRIPP çərçivəsi ilə məhdudlaşmır. İndi buğda, arpa və ya neft məhsulları (Azərbaycan vasitəsilə) gəlir, bunlar TRIPP çərçivəsinə daxil deyil, düzdür?”, - spiker vurğulayıb.

Simonyan əlavə edib ki, Rusiya layihəni genişləndirməyi və digər istiqamətləri də əhatə etməyi təklif edə bilər:

“TRIPP-lə bağlı belə bir mexanizm çoxdan masamızdadır, bunu müzakirə etmişik. Başqa məsələ odur ki, bu, ABŞ ilə və ABŞ Prezidenti ilə əldə edilən və sülh kontekstində əsas daş olan məsələdir”.

Parlament sədri ABŞ-nin Ermənistanın razılığı ilə Rusiyanın iştirakı variantını nəzərdən keçirə biləcəyini də istisna etməyib. Amma o qeyd edib ki, Rusiya TRIPP-ə fokuslanmamalıdır: “Bu, Ermənistan vasitəsilə yükdaşımaları üçün yeganə yolu deyil. Çoxsaylı alternativ yollar mövcuddur”.