BAKI, 5 fevral. TELEQRAF

ABŞ-nin mühəndislik və məsləhət şirkəti AECOM-un komandası ABŞ Dövlət Departamentinin “Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Əməkdaşlıq Fondu”nu adından TRIPP və ya “Tramp Marşrutu” layihəsinin sahə araşdırmalarına başlamaq üçün Ermənistana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu işlərə texniki-iqtisadi qiymətləndirmə və dəmir yolu və digər infrastrukturların formalaşdırılması üzrə təkliflərin hazırlanması daxildir. Qeyd edilib ki, bu, Ermənistanda uzunmüddətli iqtisadi inkişafı, qarşılıqlı əlaqələr və regional inteqrasiyanı təşviq etməyə kömək edəcək.