BAKI, 16 yanvar. TELEQRAF
“Ermənistan “Tramp Marşrutu” (TRIPP) layihəsinin regionda təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.
“Bu gün 49 il müddətinə imzalanmış saziş (TRIPP üzrə çərçivə sazişi – red.) o mənaya gəlir ki, ABŞ ən azı 49 il ərzində müəyyən dərəcədə, həm də kifayət qədər böyük miqyasda Ermənistan sərhədləri və ərazisinə təhlükəsizlik gətirib. TRIPP həm də təhlükəsizlik sistemidir”, - spiker bildirib.
Simonyanın sözlərinə görə, bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yüklərin daşınması ilə bağlı problemi də aradan qalxacaq.