BAKI, 15 yanvar. TELEQRAF

“Tramp Marşrutu” ilə bağlı imzalanmış ABŞ-Ermənistan bəyanatı Ermənistan üçün yaxşı sənəddir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu sənəd həqiqətən yaxşıdır. Ermənistan üçün yaxşıdır. Ölkəmiz blokadadan çıxır və beynəlxalq logistika yollarının vacib nöqtəsinə çevrilir. Bu, heç bir şəkildə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və qanuni hüquqlarına zərər vermir.

Bu, sənədi qəbul edən digər tərəf - ABŞ üçün də yaxşıdır. Bizim birbaşa qonşularımız, ümumiyyətlə bütün mümkün maraqlı tərəflər üçün də yaxşıdır. Bu, çox yaxşıdır, çünki əks halda bu sadəcə işləməzdi. Mən sui-qəsd tərəfdarlarına və xalqımızı gecə-gündüz məhv olunacağını proqnozlaşdıranlara “həsəd” aparıram”, - nazir sosial mediada yazıb.