BAKI, 14 yanvar. TELEQRAF
“ABŞ və Ermənistanın “Tramp Marşrutu” ilə bağlı qəbul etdiyi bəyanat Ermənistan və Azərbaycan arasında qurulmuş sülhü institutsional səviyyəyə gətirmə yolunda çox böyük və vacib təməl daşıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib
“Sərhəd komissiyaları artıq işləyir, gözlədiyimizdən də yüksək tempdə irəliləyirik. Çünki Vaşinqton Bəyannaməsi ilə Ermənistan üçün regional kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi və Ermənistan üçün qarşılıqlı imkanların yaradılması barədə razılaşma etmişik. Proqnozumuz budur ki, Ermənistan xarici dünya ilə dəmir yolu əlaqəsi əldə edəcək. Məncə, bu baş verdi, Ermənistan və beynəlxalq ictimaiyyətin gözlədiyindən çox daha erkən.
Artıq Ermənistan-Azərbaycan ikitərəfli ticarət əməliyyatları gözləniləndən çox daha əvvəl baş verdi, bəlkə də Azərbaycan üçün də”, - Paşinyan vurğulayıb.