BAKI, 14 yanvar. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan nazirlər və digər yüksək vəzifəli məmurlar arasında gizli şəkildə milyonlarla dollarlıq bonuslar paylayıb.
Teleqraf xəbər verir ki, “Tam məxfi” kateqoriyasına aid sənəd “İşxanutyun” qəzeti tərəfindən əldə edilib.
Mənbəyə görə, dövlət büdcəsinin bonus fondundan ümumilikdə 3 milyard dram (təxminən 7,8 milyon dollar) ayrılıb. Sənədə əsasən, nazirlər ötən ilin sonunda ödənilən “13-cü maaş”dan əlavə 7 milyon dram (təxminən 18 100 dollar) alıblar.
Nazirlər müavinlərinə 4,5 milyon, idarə rəislərinə 3 milyon, şöbə rəhbərlərinə isə 2 milyon dramadək ödəniş verilib.
Nəşr qeyd edib ki, nazirlər üçün verilən bonusların həcmi yaşlı vətəndaşların 14 illik orta pensiyası və ya 8 illik orta əmək haqqı ilə müqayisə edilə bilər.