BAKI, 13 yanvar. TELEQRAF

Ermənistanın müxalif "Daşnaksütyun" Partiyası iyunda keçiriləcək parlament seçkilərində koalisiya formatında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bunu partiyanın lideri, Ermənistan parlamentindəki "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, ölkə ciddi geosiyasi dəyişiklik və təhlükəsizlik çağırışları ilə üzləşir:

"Hazırkı hakimiyyətin anti-dövlət və anti-milli siyasəti Ermənistanın dövlətçiliyi və suverenliyini təhlükə altına qoyub".

Deputat əlavə edib ki, vəziyyəti dəyişmək, mövcud riskləri neytrallaşdırmaq və yeni keyfiyyətli dövlət qurmaq üçün hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.