BAKI, 13 yanvar. TELEQRAF
ABŞ Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandan Ermənistana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb.
Nümayəndə heyəti dünən Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tərəfindən qəbul edilib. Amerika və Azərbaycan tərəfləri “Tramp yolu” layihəsinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.