BAKI, 13 yanvar. TELEQRAF
“Erməni İnqilab Federasiyası” (“Daşnaksütyun” terror təşkilatı – red.) bu gün və ya sabah qarşıdan gələn parlament seçkilərində iştirak formatını açıqlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Partiya təkbaşına və ya ittifaq çərçivəsində iştirakla bağlı mövqeyini bildirməkdən imtina edib. Deputat Kristine Vardanyan açıqlamanı gözləməyə çağırsa da, əldə etdiyimiz məlumata görə, “Daşnaksütyun” bu dəfə də Robert Köçəryanla ittifaqda iştirak etmək qərarına gəlib. Bunu açıq şəkildə elan etməyə bilərlər, amma dolayı yolla bu barədə məlumat verəcəklər”, - nəşr yazıb.