BAKI, 7 yanvar. TELEQRAF

“Bu gün, bütün dünyada qlobal çağırışların olduğu bir vaxtda millətimizin birləşməsi çox vacibdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.

“Gündəlik həyatımızda hər birimizin üzərinə müxtəlif öhdəlik və məsuliyyətlər düşür. Cəmiyyətimiz çox yaxşı bilir ki, bu gün Gürcüstanın ölkəsinin milli maraqları və vətəninin qarşısında duran çağırışları əsas götürən hakimiyyəti var. Bu, belə də davam edəcək. Ətrafımızda nə baş verməsindən asılı olmayaraq, biz həmişə milli maraqlarımızı qorumalıyıq. Gəlin, inancımızda daha möhkəm olaq, bir-birimizə inanaq, öz hakimiyyətimizə inanaq”, - Mixeil Kavelaşvili bildirib.