BAKI, 6 yanvar. TELEQRAF

“Müxalifət və onun tərəfindən dəstəklənən dindarlar Baş nazir Nikol Paşinyan və 10 yepiskopun yaydığı kilsə islahatı ilə bağlı bəyanatdan inciyib, iddia edirlər ki, hökumət başçısı kilsənin işlərinə qarışır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arpi Davoyan müxalifətin katolikos II Qareginə dəstəyi barədə danışarkən deyib.

Deputat II Qaregin və onun qardaşı, arxiyepiskop Yezras Nersisyana Rusiya Prezidenti Vladimir Putin tərəfindən dövlət mükafatı verilməsinə də diqqət çəkib:

“Onların hər şeyi səmimi niyyət və Tanrıya qarşı qüsursuz sevgidən irəli gələrək etdiklərinə əmin olmaq üçün mənim də bir cavaba ehtiyacım var: bu “dindar və vətənpərvər insanlar” Rusiya Prezidentinin katolikos və onun qardaşına verdiyi mükafata necə yanaşırlar?

Əgər müsbət yanaşırlarsa, saxtadırlar.

Əgər neytral yanaşırlarsa, yenə də saxtadırlar.

Əgər mənfi yanaşırlarsa, Ktriç Nersisyan (II Qaregin) və yaxınlarını hansı əsasla müdafiə etdiklərini izah etməlidirlər”.