BAKI, 15 dekabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) hesabatına görə, Gürcüstan heç bir digər ölkədə müşahidə edilmədiyi dərəcədə geriyə doğru addımlayır.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
Kosun sözlərinə görə, Gürcüstanın yenidən Aİ-yə inteqrasiya kursuna qayıdacağına ümid edir:
“Əgər ölkə Avropa yolunda irəliləmək istəyirsə, o zaman fərqli davranmalıdır. Bu, hökumətə aiddir. Biz isə vətəndaş cəmiyyəti və müstəqil medianı dəstəkləməyə davam edəcəyik, çünki bu, çox vacibdir, təkcə insanlara ümid vermək üçün deyil, həm də hökumətə demək üçündür ki, xalqın istəyini nəzərə almamaq düzgün deyil.
Gürcüstan haqqında danışarkən, ümid edirəm ki, xalqın dəstəyi ilə Gürcüstan hakimiyyəti Avropa kursuna geri dönəcək. Bu, onların öz əlindədir”.