BAKI, 12 dekabr. TELEQRAF

“Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə sadiqdir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhü möhkəmləndirməyi hədəfləyir.

Xaçaturyan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və regionda nəqliyyat kommunikasiyalarının tam açılması barədə bəyannamənin imzalanmasını xatırladıb.

Ermənistan Prezidenti hesab edir ki, “Tramp yolu” layihəsinin həyata keçirilməsi iqtisadi artım, dialoq və ikitərəfli əlaqələri təşviq edəcək:

“Tramp yolu”nun həyata keçirilməsi iqtisadi artım, dialoq və insanlararası təmaslara töhfə verəcək, bununla da etimad, sabitlik və rifahı gücləndirəcək. Bu tarixi hadisə Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni bir səhifəsini açdığımıza inam yaradır.

Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni bir fəsli açırıq. Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə sadiqdir”.