BAKI, 8 dekabr. TELEQRAF
Ermənistan Silahlı Qüvvələrinin zabiti Vardenisdə (Basarkeçər) ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, zabit bədbəxt hadisə nəticəsində ölüb, hadisə xidmətlə bağlı deyil. Onun yaşadığı evində dəm qazından zəhərlənərək həyatını itirdiyi deyilib.
Ermənistan Müdafiə Nazirliyi hadisəni şərh etməyib.