BAKI, 3 dekabr. TELEQRAF

Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş Naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər.

"Sülh müqaviləsinin rəsmiləşdirilməsi bölgədə sabitlik yarada və enerji kəmərlərinin təhlükəsizliyini təmin edə bilər. Bu kəmərlər Xəzər dənizi regionu və Mərkəzi Asiyadan Avropaya neft və qaz daşıyır, Rusiyanı əhatə etmədən",- məlumatda qeyd edilib.

Xatırladaq ki, Türkiyə sərhədi 1993-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirərək bağlamışdı.