BAKI, 2 dekabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində Ermənistanı dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə birgə mətbuat konfransı zamanı bildirib.
“2025-ci il Ermənistan-Avropa İttifaqı münasibətləri üçün mühüm il olub, Ermənistan üçün də mühüm olub. Ermənistan və Azərbaycan arasında avqust ayında imzalanmış sazişlər çox vacibdir, onlar illərdir davam edən münaqişəyə son qoyub və bu məsələdə Aİ tərəfindən dəstəklənirsiniz”, - o deyib.