BAKI, 29 noyabr. TELEQRAF
Gürcüstanın əsas müxalifət partiyalarından biri olan "Lelo – Güclü Gürcüstan"ın tanınmış liderlərindən Aleko Elişvili Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhdə görə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə siyasətçinin vəkili Giorgi Rexpiaşvili bildirib.
Vəkilin sözlərinə görə, A. Elişvili barəsində cinayət işi üzrə saxlanılıb:
"Onunla görüşməyə icazə verilib-verilmədiyi hələ məlum deyil. Hazırda əlimizdə olan tək məlumat budur: bu gün səhər saatlarında küçədə saxlanılıb və cinayət maddəsi ilə tutulub".
Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.