BAKI, 25 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan kilsə daxilində katolikos II Qareginə qarşı üsyan hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” hökumət mənbələrinə istinadla məlumat yayıb.
Baş nazirin yaxın çevrəsindən nəşrə bildirilib ki, artıq kilsə daxilində onların tapşırıqlarını yerinə yetirəcək qrup formalaşıb. Mənbə həmin qrupun əsas hədəfinin katolikosun yaxın ətrafında II Qareginə qarşı narazılıq yaratmaq olduğunu qeyd edib.
“Hakimiyyətdəki mənbələrimizin sözlərinə görə, məqsəd katolikosun ətrafında üsyan yetişdirmək və onu iqamətgahını tərk etməyə məcbur etməkdir. Nikol Paşinyanın özü də əmindir ki, yaxın vaxtlarda daha güclü təzyiqlər olacaq və tezliklə istədikləri nəticəni əldə edəcəklər”, - nəşr yazıb.
Həmçinin “Joqovurd” əlavə edib ki, yüksək vəzifəli din adamlarının həbsi davam edəcək.