BAKI, 21 noyabr. TELEQRAF

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini icra edən Alan Pursel Qara Dəniz Platforması çərçivəsində keçirilən konfransda Orta Dəhlizin əhəmiyyətindən danışıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, Birləşmiş Ştatlar bu istiqamətdə Gürcüstan və bütün regiona konkret sərmayələr, o cümlədən Poti dəniz limanının inkişafına mühüm töhfələr vermək və Gürcüstanın tranzit potensialını Amerika bizneslərinə təqdim etməklə dəstəyini davam etdirir.

Alan Pursel ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hazırlanmış TRIPP (“Tramp yolu”) təşəbbüsünün reallaşmasının Qara dəniz regionunu daha da gücləndirəcəyini vurğulayıb.