BAKI, 20 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan “Firebird” proqramı və “Nvidia”nın ixrac lisenziyası üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

“Yaxınlarda Prezident Tramp ilə bu mövzuda, prosedurlarla bağlı danışmışam, şadam ki, Ağ Ev düzgün və sürətli reaksiya verdi”, - o qeyd edib.