BAKI, 17 noyabr. TELEQRAF

Gürcüstan parlamenti keçmiş prezident Mixeil Saakaşvilinin Ukraynaya qaytarılmayacağını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili mətbuat konfransında bildirib.

O qeyd edib:

"Onlar öz işləri ilə məşğul olsunlar və bizi rahat buraxsınlar. Mixeil Saakaşvili onların yanında idi. Əgər onu süd məhsulları ilə yüklənən avtomobilin içində yerləşdirib Gürcüstana göndərməsəydilər, hələ də onların yanında olardı".

Qeyd edək ki, Mixeil Saakaşvili 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.