BAKI, 17 noyabr. TELEQRAF
Gürcüstan parlamenti yeni Seçki Məcəlləsi üzərində işləməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, xaricdə yaşayan gürcülər yalnız vətənə gələrək, qeydiyyatda olduqları yerdə səs verə biləcəklər:
“2024-cü il parlament seçkiləri göstərdi ki, xaricdə yaşayan seçicilərə informasiya və siyasi təzyiq çox açıq və kəskin ola bilər. Bu baxımdan xaricdə yaşayan vətəndaşların üzərində təzyiq riski artır, çünki onlar yad mühit və yurisdiksiyada siyasi təsir altında qalır və dövlət müdaxilə edə bilmir”.