BAKI, 13 noyabr. TELEQRAF
“Deyirlər ki, xarici borc 8 milyard artıb, nə etmisiniz?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsi ilə bağlı parlamentdə çıxışında bildirib.
“Bilirsinizmi, nə etmişik? Deyilmirdi, amma deyək, silah almışıq. Borcla silah almışıq? Bəli, borcla silah almışıq. Niyə? Çünki çox lazım idi və bir anda alınmalı idi”, - o qeyd edib.
O həmçinin əlavə edib ki, borc COVID-19 pandemiyası ilə mübarizə üçün də götürülüb.
Nikol Paşinyan sülh prosesinə də toxunaraq vurğulayıb ki, hökumətin proqramında bir ali və ülvi missiya var, o da region və Ermənistan üçün dinc inkişaf erası açmaqdır:
“Biz ən böyük missiyamızı yerinə yetirmişik. Bu insanlar (müxalifət) deyirlər ki, “bu, sülh deyil”. Sülh nədir, ümumiyyətlə, bu sual çox maraqlıdır, biz sülhün nə olduğunu bilmirik. Ermənistan Respublikasının belə bir bilgi və təcrübəsi yoxdur”.