BAKI, 5 noyabr. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi tərəflərə öz suverenliyini əhəmiyyətli dərəcədə gücləndirmək imkanı verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.
Ararat Mirzoyan deyib ki, hər hansı münaqişə üçüncü ölkələrə həmin regionda öz maraqlarını həyata keçirmək və münaqişə tərəflərinə təsir imkanlarını artırmaq üçün şərait yaradır:
"Heç bir dövlət tam müstəqil deyil, çünki ölkələr ticarət və digər əlaqələr vasitəsilə bir-biri ilə bağlıdır və bu, inkişafın əsas şərtlərindən biridir. Strateji baxımdan sülh əldə olunduqdan sonra Ermənistan öz suverenliyini daha da möhkəmləndirə biləcək".