BAKI, 4 noyabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasına dair saziş imzalanana qədər Avropa İttifaqının mülki missiyasının fəaliyyətində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyası hazırkı mandat çərçivəsində fəaliyyətini davam etdirəcək.
“Avropa İttifaqı monitorinq qrupunun fəaliyyətində, ən azı, sülh sazişinin imzalanmasına və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasına qədər heç bir ciddi dəyişiklik gözlənilmir. Saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra, əlbəttə, onun fəaliyyət formatında müəyyən dəyişikliklər ola bilər və olacaq da. Bu mövzuda Avropa İttifaqı ilə tərəfdaşlıq müzakirələri aparmışıq”, - Paşinyan vurğulayıb.