BAKI, 3 noyabr. TELEQRAF
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan istintaqa ifadə veriblər.
Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Ara Zohrabyan məlumat yayıb.
“İndi qərarı gözləyirik ki, ya 12 saat ərzində məhkəməyə həbs qərarı üçün müraciət olunacaq, ya da azadlığa buraxılmalıdır”, - o qeyd edib.
Nersisyanlar təbliğat aparmağa məcbur etmə və ya təbliğat aparmaqdan imtina etmə və ya təbliğata başqa üsulla mane olmada ittiham olunurlar.
Ermənistan İstintaq Komitəsinin noyabrın 2-də verdiyi açıqlamasına əsasən, cinayət işinin ilkin istintaqı çərçivəsində iki nəfər barəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb.