BAKI, 2 noyabr. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Hovhannavank monastırına gedib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
O, parlamentin spikeri Alen Simonyanla birlikdə monastıra daxil olub. Paşinyan jurnalistlərin verdiyi suallara cavab vermədən tədbirə qatılıb.
Qeyd edək ki, kilsədən uzaqlaşdırılmış keşiş Stepan Asatryan burada dini ayin keçirməyə hazırlaşır. Erməni Apostol Kilsəsinin ali rəhbərliyi Hovhannavankda baş verənləri “müqəddəsliyin təhqiri və kilsənin pərdəsi altında siyasi məqsədlərin reallaşdırılması” kimi qiymətləndirib.