BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistan və Avropa İttifaqı yeni sənədlər imzalamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Ermənistan-Avropa İttifaqı əməkdaşlığının kifayət qədər əhəmiyyətli komponentləri var. Yeni sənədlərin imzalanması da planlaşdırılır”, - Mirzoyan hansı yeni sənədlərdən danışdığını açıqlamayıb.