BAKI, 27 oktyabr. TELEQRAF

Ermənistan və ABŞ Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək “Tramp yolu”nun açılmasının texniki detallarını intensiv şəkildə müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Tramp yolu”nun həyata keçirilməsi və yerlərdə müxtəlif texniki məsələlərin həlli üçün zəruri olan şirkətin yaradılması ilə bağlı Ermənistanla ABŞ arasında danışıqlar başlayıb və fəal mərhələdədir. Amma bu qərarlar nə olur-olsun, hər şey Ermənistanın ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək”, - o qeyd edib.