BAKI, 27 oktyabr. TELEQRAF

“2026-cı il sülh üçün həlledici əhəmiyyət daşıyacaq, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərin əsas məsələsi bir sualın cavabını tapmaq olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan xalqı öz seçimi ilə sülhün sahibi olmalıdır, bu da qarşıdakı seçkilərin əsas siyasi məzmunu və məqsədidir.

“Qeyd etməliyəm ki, məsələ bu şəkildə qoyulub - həm hökumətin baxış bucağından, həm də tarixi və bütün digər mümkün aspektlərdən. Ermənistan xalqı sülhü qəbul etməklə, həm də müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin yeni səviyyəsini qəbul edəcək. Əks hal Ermənistanın yenidən münaqişə və forpost məntiqinə geri qayıtması demək olacaq”, - Paşinyan vurğulayıb.