BAKI, 23 oktyabr. TELEQRAF

“Bu, çox böyük bir yanlış təsəvvürdür ki, guya biz Türkiyə və Azərbaycanın istədiyini edirik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, öz fəaliyyətində erməni xalqının iradəsinə əsaslanır.

“Düşünürəm ki, heç bir rəhbər (Ermənistan başçısı) bu qədər çox yaşayış məntəqəsində şəxsən olmayıb, amma mən olmuşam, bu, çox mühüm amildir”, - Paşinyan vurğulayıb.