BAKI, 21 oktyabr. TELEQRAF

İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyan ilə Gürcüstan müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Ermənistan-Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursunu yüksək qiymətləndirib, iki ölkənin silahlı qüvvələrində aparılan islahatların təfərrüatlarını bir-birinə təqdim edib və razılıq əldə ediblər.

Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.