BAKI, 17 oktyabr. TELEQRAF

“Avropa İttifaqı “Tramp yolu” layihəsi kontekstində kommunikasiyanı təşviq etmək üçün öz alətlərini təqdim etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ-nin imzaladığı sənədlər barədə danışarkən deyib.

“Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr və görüşlər Avropa İttifaqı tərəfindən alqışlandı və həmin gündən bu təşəbbüsləri və kommunikasiyanı dəstəkləməyə hazır olduğumuzu bildirdik”, - diplomat qeyd edib.

Maraqos əlavə edib ki, Avropa İttifaqı “Tramp yolu”nun açılması üçün öz alətlərini təqdim etməyə hazırdır.

Diplomat iddia edib ki, Avropa İttifaqı ardıcıl olaraq Cənubi Qafqazda sülhü dəstəkləyir: “Çox məmnunuq ki, sülh gəlir. Hələ bir çox detalları dəqiqləşdirmək lazımdır”.