BAKI, 16 oktyabr. TELEQRAF

“Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından sonra Prezident İlham Əliyevlə təmaslarım müntəzəm xarakter daşıyır”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Xüsusilə avqustun 8-də təsdiqlənmiş sülhdən sonra Azərbaycan Prezidenti ilə iştirak etdiyimiz tədbirlər çərçivəsində mütəmadi təmaslarda oluruq. Nəticələri barədə də açıqlama verilir”, - baş nazir bildirib.

Nikol Paşinyan İlham Əliyevlə son belə təmasının ötən həftə Misirdə keçirilmiş beynəlxalq konfrans çərçivəsində olduğunu xatırladıb.

“Mən Kopenhagendəki görüşümüzdən də, ümumilikdə, təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh faktdır”, - Ermənistan Baş naziri əlavə edib.