BAKI, 14 oktyabr. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin direktoru Maykl Miller ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanın müdafiə islahatlarına dəstək məqsədilə müdafiə sektorunda Ermənistan-ABŞ tərəfdaşlığı çərçivəsində həyata keçirilən proqramlarla bağlı məsələlər müzakirə olunub.
Tərəflər yeni təşəbbüslərlə bağlı razılıq əldə ediblər.