BAKI, 9 oktyabr. TELEQRAF
“Rusiya Azərbaycanla münasibətlərin inkişafı sürətini saxlamaq üçün hər şeyi edəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
“Əlbəttə, regiondakı, ümumilikdə beynəlxalq arenalardakı vəziyyət kontekstində xarici işlər nazirliklərimiz həmişə çox sıx əməkdaşlıq ediblər. Ümid edirəm ki, bu əməkdaşlıq nəinki bərpa olunacaq, həm də münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək.
Bunu heç vaxt unutmuruq, bir müddət əvvəl imzalanmış sazişi xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - Putin əmin edib.
Həmçinin Rusiya prezidenti qeyd edib ki, AZAL-ın təyyarəsi ilə bağlı məsələyə baxmayaraq, Rusiya və Azərbaycanın maraqları əsasən üst-üstə düşür:
“Qeyd etmək istərdim ki, buna baxmayaraq, maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Və hər şeydən əvvəl, təbii ki, bu, ticari-iqtisadi əlaqələrə aiddir.