BAKI, 7 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Administrasiyasının rəhbərinin müavini Taron Çaxoyan ölkənin keçmiş prezidenti Robert Köçəryanın bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Köçəryan erməni xalqına, Ermənistana nifrət edir. Əvvəlcə Ermənistanı müharibəyə qızışdırmaqda ittiham etdi, sonra bəyan elədi ki, Ermənistanı gəzmək, xalqla ünsiyyət qurmaq heç də xoş deyil. Bundan başqa nə deyə bilərdi?

Onu da açıqladı ki, siyasətə qarışmaq istəmir, amma onu (Rusiyadan) məcbur edirlər. Vaxtilə prezident kürsüsünü ələ keçirmiş Robert Köçəryan Ermənistan Respublikası üçün biabırçılıqdır”, - Çaxoyan qeyd edib.

İrəvan Şəhər Şurasının Hayk Saakyan da Robert Köçəryanın fikirlərinə reaksiya verib:

“Kəçəryanın mətbuat konfransına məzmun baxımından reaksiya vermək istədim, amma uyğun bir söz tapmadım. Köçəryan dəyişməyib və dəyişməyəcək də. Necə ki, hakimiyyətdə olduğu illərdə bu xalqı iyrəndirib və nifrət oyadıb, eyni hal indi, müxalifətdə olduğu dövrdə də davam edir.

Xəritə böyüyüb — Rusiyadan başqa dövlətlər də var (bu haqda da danışın).

Cənab Köçəryan, Putinin doğum günü mübarək, başınızın üstündən əskik olmasın. Bu, kimyadır”.