BAKI, 4 oktyabr. TELEQRAF

“Daxildə dərinləşən böhran (müxalif) Milli Hərəkat Partiyasını kollektiv şəkildə məhv edəcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidze bildirib ki, Milli Hərəkat kollektiv şəkildə tamamilə məhv edilərsə, Gürcüstanda sağlam demokratik sistem bərqərar olacaq.

“Kollektiv Milli Hərəkatda mövcud olan bu böhran, şübhəsiz ki, dərinləşməlidir, dərinləşəcək və bu, onun tamamilə məhvinə gətirib çıxaracaq. Yalnız bu halda - kollektiv Milli Hərəkat nəhayət məhv ediləndə Gürcüstanda sağlam demokratik sistem bərqərar olacaq”, - baş nazir qeyd edib.

Söhbət keçmiş prezident Mixail Saakaşvilinin təsisçisi və lideri olduğu partiyadan söhbət gedir.

Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.